Türkiyənin Samsun vilayətində zəlzələ qeydə alınıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə məlumatı AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) yayıb.
Rəsmi açıqlamaya əsasən, yeraltı təkanların 3,5 bal gücündə olduğu bildirilib.
Zəlzələ yerli vaxtla səhər saatlarında qeydə alınıb.
Xəsarət alan və dağıntı barədə məlumat verilməyib.