İsrailin İrana zərbələr endirməsi nəticəsində həlak olanların sayı 430 nəfərə çatıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, 3500-dən çox insan isə yaralanıb.
Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı “Rising lion” əməliyyatına başlayıb. İran isə cavabında İsrailə qarşı “Əsl vəd 3” əməliyyatına start verib.