Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən toplantısı çərçivəsində İranın xarici işlər naziri Abbas Arakçini qəbul edib.
Manset.az-ın xarici mediaya istinadla məlumatına görə, görüşdə İsrail və İran arasında davam edən gərginlik, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Prezident görüş zamanı bildirib ki, bölgədə yeni bir müharibənin baş verməsinin fəlakətli nəticələr doğuracağını vurğulayıb və münaqişələrin diplomatik yollarla həllinin vacibliyini qeyd edib.
Ərdoğan həmçinindiqqətə çatdırıb ki, Türkiyə İran və ABŞ arasında dialoqun bərpası üçün həm texniki, həm də liderlik səviyyəsində vasitəçilik etməyə hazırdır.