İstanbulun Arnavutköy rayonunda bir qadın küçənin ortasında yanındakı şəxs tərəfindən döyülüb. Ətrafdakı vətəndaşların hadisəyə müdaxilə etməməsi isə tənqidlərə səbəb olub.
Manset.az xəbər verir ki, bir şəxs küçənin ortasında yanında olan qadına qışqırmağa başlayıb. Qısa müddət sonra mübahisə fiziki zorakılığa çevrilib. Həmin şəxs qadını döyüb.
Mobil telefonla çəkilən görüntülərdə hadisə zamanı ətrafdakı insanların müdaxilə etməməsi diqqət çəkib.
Digər tərəfdən, hadisə ilə bağlı araşdırma başlayıb və görüntülərdə yer alan şübhəlinin müəyyən edilərək saxlanıldığı bildirilib.