Daha bir neçə ölkə vətəndaşları Azərbaycana gəldilər

19:06 - 22 İyun 2025

Daha bir neçə ölkə vətəndaşları Azərbaycana gəldilər

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə işləri davam etdirilir.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda təxliyə olunanlar arasında Portuqaliya, Belçika, CAR, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları var.

Məlumata əsasən, əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə təxliyə işləri həyata keçirilib. Daha sonra təxliyə edilən qrup Bakı şəhəri istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az