Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-nin İrana zərbələri ilə əlaqədar təcili iclas keçirəcək.
Manset.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, görüş İranın tələbi ilə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bildirilir ki, Təhlükəsizlik Şurasının Rusiya, Çin və Pakistanın qətnamə layihəsinə səs verməsi gözlənilmir.