İranın nüvə obyektlərinə edilən hücumlardan sonra ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında diqqətçəkən açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın nüvə obyektlərinə böyük ziyan dəydiyini iddia edib.
O, əməliyyatın “qüvvətlə və dəqiqliklə” həyata keçirildiyini bildirib. Hərbçilərin "üstün bacarıq" nümayiş etdirdiyini vurğulayan Tramp, əməliyyatda iştirak edən B-2 bombardmançılarının Missuriyə sağ-salamat qayıtdığını bildirib.