Mossad-a casusluqda ittiham edilən şəxs edam olundu

11:59 - 23 İyun 2025

Mossad-a casusluqda ittiham edilən şəxs edam olundu

İranda Mossad-a casusluqda ittiham edilən şəxs edam olunub


Manset.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

İran vətəndaşı Məhəmməd Əmin Mehdavi Şayeste İsrailin milli kəşfiyyat xidməti Mossad-a casusluq etdiyi ittihamı ilə bu gün səhər saatlarında edam edilib.

İran mediasının məlumatına görə, Şayeste "Mossadın xeyrinə casusluq" və "ölkənin milli təhlükəsizliyinə zərər vurmaq" ittihamları ilə həbs olunub. Ona qarşı çıxarılan edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənərək qüvvədə saxlanılıb və hökm bu gün icra edilib.

Rəsmi məlumatlarda qeyd olunur ki, Şayeste həbs olunmazdan əvvəl Mossad zabitlərinin göstərişi ilə sosial media və mesajlaşma platformaları üzərindən İran Silahlı Qüvvələrinin şəxsi heyətinə qarşı psixoloji və informasiya əməliyyatları aparıb. O, həmçinin təhlükəsiz ünsiyyət, məxfilik və anonimlik sahələrində təlim keçərək bu bilgiləri kiberşəbəkənin digər üzvləri ilə bölüşüb.

İddialara görə, Şayeste qonşu ölkədə immiqrasiya şirkəti adı altında fəaliyyət göstərərək təlim və koordinasiya məqsədilə bir neçə dəfə Mossad zabitləri ilə görüşüb və həmin ölkədə virtual əməliyyatları idarə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az