Türkiyənin Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Mərsin vilayətinin Silifke rayonundan təxminən 172 kilometr uzaqlıqda, 8,99 kilometr dərinlikdə baş verib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmayıb.