ABŞ-da, Ağ Ev binası yaxınlığında şübhəli bir avtomobil səbəbilə Gizli Xidmət və Metropoliten Polis Departamenti əməkdaşları həyəcan siqnalı ilə hərəkətə keçib, ətrafdakı binalar boşaldılıb.
Manset.az Amerika mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə bomba zərərsizləşdirmə qrupları göndərilib. Aparılan yoxlamalardan sonra bölgənin təhlükəsiz olduğu açıqlanıb.
Hər hansı bir təhlükə olmadığı müəyyən edildikdən sonra yollar yenidən nəqliyyata açılıb.