"İstənilən hücuma qəti şəkildə cavab verəcəyik" - İran

14:00 - 24 İyun 2025

\"İstənilən hücuma qəti şəkildə cavab verəcəyik\" - İran

İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi İsrailə qarşı atəşkəs prosesi və son hücumlarla bağlı rəsmi bəyanat yayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın dövlət mediasında dərc olunan bəyanatda bildirilir ki, İsrailə qarşı birtərəfli atəşkəs elan olunub və əgər düşmən hücum edərsə, qətiyyətlə cavab veriləcək.

Bəyanatda vurğulanır ki, İran xalqı müqavimət qətiyyətlə hərəkət edir. Aparılan son əməliyyatlar İsrailin qanun pozuntularına qanuni cavabdır. İran Silahlı Qüvvələrinin düşmənin təcavüzünə vaxtında və mütənasib cavab verdiyi, həmçinin düşmən hədəflərinə təsirli zərbələr endirərək onların geri çəkilməsinə səbəb olduğu qeyd olunub. Ali Milli Təhlükəsizlik Şurası İranın 12 günlük münaqişədə strateji üstünlük qazandığını, İsrailin isə məğlubiyyəti qəbul etməyə və birtərəfli atəşkəsi qəbul etməyə məcbur olduğunu iddia edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az