Ukrayna prezidenti Vladimir Zelenski cəbhə xəttindəki çətin vəziyyət və ABŞ-nin prezidenti Donald Trampla münasibətlərin gərginləşməsi fonunda ölkəni tərk etməyi düşünüb-düşünmədiyi barədə danışıb.
Manset.az xəbər verir ki, o, "Sky News"a verdiyi müsahibədə bildirib ki, hər zaman hazır olsa da, xalqına xəyanət etməyə hazır deyil:
“Müharibə gedir və mənim böyük borcum bu savaşı ölkəmlə birlikdə keçməkdir. Əgər xalqım başqa bir liderə ehtiyac duyursa, mənim sadəcə qalmağa haqqım yoxdur. Bu, faktdır.”
Ukrayna lideri əlavə edib ki, müharibənin yaratdığı ağır vəziyyət səbəbindən yorğunluq hissi var:
“Bəli, mən yorulmuşam. Çünki ölkədə müharibə gedir. Elə insanlar da var ki, onlar kimi, bəlkə də daha çox yorulublar.”