Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə olunub.
Ərdoğan bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.
O, Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib.
Türkiyə Prezidenti Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.
Onu da qeyd edək ki, ölkə başçıları bir-birini səmimi salamlayıb, ikiəlli görüşüblər. Onların bu səmimi görüntüləri KİV-də populyarlıq qazanıb.