Parisdən havaya qalxan Avstraliyanın “Qantas” aviaşirkətinə məxsus təyyarə Yaxın Şərqdə hava məkanının bağlanması səbəbindən 15 saat havada qaldıqdan sonra Pert şəhərinə geri qayıdıb.
Manset.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Məlumata görə, təyyarə Ərəb dənizi üzərində olarkən ABŞ-nin İrana hücumu və nəticədə bölgədə yaranan gərginlik səbəbindən bir sıra ölkələr hava məkanlarını bağlayıb.
“Qantas” və Avstraliya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı uçuşlarda gecikmələrin və ləğvlərin ola biləcəyini bildirib.