İyunun 27-də Rusiyanın Volqoqrad vilayətindəki Marinovka aerodromunda iki Su-34 təyyarəsi məhv edilib, daha iki təyyarə isə zədələnib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin "Telegram" kanalında bildirilib.
Məlumata görə, bunlar Rusiyanın cəbhə xəttində bombardmanlar etmək üçün fəal şəkildə istifadə etdiyi çoxfunksiyalı qırıcılardır. Onlar uzaqmənzilli dronlardan istifadə olunmaqla məhv edilib.