"Mercedes-Benz" və Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi "AMG One" hiperkarlarının geri çağırılması barədə açıqlama yayıblar. Açıqlamada avtomobillərdə yanğın təhlükəsinin mövcud olduğu qeyd edilib.
Manset.az-ın məlumatına görə, ümumilikdə istehsal olunan 275 avtomobildən 219-u, yəni təxminən 80%-i texniki baxımdan yenidən yoxlanılmalıdır. Bu nəqliyyat vasitələrinin 183-ü Almaniyada yerləşir.
Məlumatda vurğulanır ki, problem mühərrikdən qaynaqlanmır. Yanğın təhlükəsi arxa aktiv qanadın hidravlik sistemindəki nasazlıqdan meydana gələ bilər.