Pakistanda partlayış nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB

15:08 - 28 İyun 2025

Pakistanda partlayış nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə TASS yerli administrasiya və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl hadisə nəticəsində 13 nəfərin həlak olduğu bildirilmişdi.

Məlumata görə, xəsarət alanlar arasında 6 uşaq da var.


***

14:05

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “Аgence France-Presse” məlumat yayıb.

"Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib", - dövlət nümayəndəsi agentliyə bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az