Kolumbiyanın şimal-qərbindəki Bello bələdiyyəsində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "El Tempo" portalı məlumat yayıb.
Son rəsmi hesablamaya görə, 13 nəfər itkin düşüb. Onların axtarışları davam edir.
Təbii fəlakətdən ümumilikdə 1 948 nəfər zərər çəkib.
Xatırladaq ki, torpaq sürüşməsi iyunun 25-də Bellodakı Qranisal yaşayış məntəqəsində baş verib.
İlk gün 10 nəfərin öldüyü məlum olmuşdu. Torpaq sürüşməsinə səbəb regionda bir neçə gün davam etmiş güclü yağışlar olub.