Bir neçə gün öncə xərçəng xəstəliyinə tutulduğunu açıqlayan Türkiyənin 62 yaşlı tanınmış idman şərhçisi Sabri Ugan dünyasını dəyişib.
Manset.az APA-ya istinadən xəbər verir ki, şərhçi xərçəng müalicəsi səbəbilə reanimasiyada saxlanılırdı.
Ugan müalicə olunduğu xəstəxanada 62 yaşında vəfat edib.
Qeyd edək ki, Sabri Ugan 24 may 1963-cü ildə Sakaryada anadan olub. 1985-ci ildə müxbir kimi işə başlayıb, 1991-ci ildə isə idman redaktoru olub. Daha sonra Star TV-yə keçib və burada Super Liqa, Çempionlar Liqası və UEFA Avropa Liqasında Türk klublarının mühüm oyunlarını şərh edib.