Hindistan Pakistanın terror ittihamlarını rədd etdi

09:11 - 30 İyun 2025

Hindistan Pakistanın terror ittihamlarını rədd etdi

Hindistan, Pakistanın Xayber Paxtunxva əyalətində 13 əsgərin ölümü ilə nəticələnən terror aktının təşkilində iştirak ittihamlarını qətiyyətlə rədd edib.


Manset.az xəbər verir ki, bu barədə Pakistan Ordusu məlumat yayıb.

Məlumata görə, hücum Hindistan tərəfindən planlaşdırılıb, icrası isə Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirilib. Hadisədə 13 əsgər həlak olub, 24 nəfər yaralanıb.

Hindistan Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda bu ittihamları əsassız adlandırıb və rədd etdiyini bildirib.

Pakistan tərəfi isə 14 terrorçunun zərərsizləşdirildiyini və Hindistanın dəstəklədiyi terrora qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az