Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
Manset.az xəbər verir ki, bu barədə Makron şəxsi "X" sosial media hesabında məlumat yayıb.
Dövlət başçısı bildirib ki, telefon danışığı zamanı İranda saxlanılan Fransa vətəndaşları Sesil Kohler və Jak Parisin azad olunması ilə bağlı çağırış edib. O, həmçinin İran ərazisində Fransa vətəndaşlarının və obyektlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.