"İsrail bəzi rəsmilərə təhdid mesajı göndərib" - İran

12:22 - 30 İyun 2025

\"İsrail bəzi rəsmilərə təhdid mesajı göndərib\" - İran

İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani bildirib ki, İsrail hücumların ilk günü İranın siyasi və hərbi rəsmilərinə təhdid mesajları göndərib.


Manset.az xəbər verir ki, Laricani dövlət televiziyasına açıqlamasında Laricani deyib ki, İsrailin məqsədi yalnız hərbi obyektlər deyil, həm də ölkənin rəhbərliyini hədəfə alaraq dövlət quruluşunu sarsıtmaq olub.

O qeyd edib ki, özü də Tehrandan çıxması üçün 12 saatlıq vaxt verildiyini bildirən təhdid mesajı alıb.

Laricani əlavə edib ki, İran xalqının birliyi İsraili planlarını yenidən nəzərdən keçirməyə məcbur edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az