2024-cü ildə kəşf edilən YR4 adlı nəhəng asteroidin trayektoriyası yenidən hesablanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki,10 mərtəbəli bina ölçüsündə olan göy cisminin 2032-ci ildə Ayla toqquşma ehtimalı 4,3 faizədək yüksəlib.
Avstraliya Milli Universitetinin kosmoloqu Bred Taker bildirib ki, bu hadisə atom bombası gücündə təsir yarada bilər və nəticədə Yer orbitindəki peyklər zədələnə bilər. Bu da internet, naviqasiya və digər mühüm sistemlərin fəaliyyətinə təsir göstərə bilər.
Günəş dinamikası üzrə ekspert Pol Viqertə görə, bu, son 5000 ilin ən güclü kosmik toqquşması ola bilər. Səlahiyyətlilər vəziyyəti nəzarətdə saxladığını və panikaya ehtiyac olmadığını bildirirlər.