İsrailin strateji işlər naziri Ron Dermerin Vaşinqton səfəri zamanı ABŞ rəsmilərinin ona Qəzzada atəşkəs və girov mübadiləsi ilə bağlı təzyiq göstərəcəyi gözlənilir.
Manset.az İsrail mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Qəzzada əməliyyatların dayandırılması, ərəb ölkələri ilə normallaşma və “İbrahim razılaşmalarının” genişləndirilməsi kimi məsələlər müzakirə olunacaq.
“Haaretz” qəzeti yazır ki, Ağ Ev rəsmiləri Dermerə HƏMAS-a qarşı hərbi əməliyyatların təxirə salınmasını və əvvəlcə girovların azad olunmasını təklif edəcəklər.