İtaliyanın Neapol şəhəri yaxınlığındakı Kampi Fleqrey bölgəsində 4,6 bal gücündə zəlzələ baş verib. Bu, son 40 ilin ən güclü yeraltı təkanı sayılır.
Manset.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat verib.
Zəlzələnin episentri Bakoli qəsəbəsində olub, ocaq 5 km dərinlikdə yerləşib. Ardınca bir neçə zəif təkan da qeydə alınıb.
Zəlzələ əhali arasında təşviş yaradıb, insanlar evlərini tərk ediblər, qatarların hərəkəti müvəqqəti dayandırılıb. Təkanlar Neapolda da hiss olunub.