İsrailin baş naziri Benyamin Netanyahu iyulun 7-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.
Manset.az İsrail mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Qəzzada atəşkəs və İbrahim razılaşmalarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, İsrailin strateji işlər naziri Ron Dermerin də ABŞ-də səfərdə olduğu, dövlət katibi Marko Rubio və Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffla görüşəcəyi bildirilir.