Hindistanın Qaneş Talai kəndində maraqlı hadisə baş verib. 1981-ci ildə 5 yaşlı Saroo Brierley ailəsinə kömək etmək məqsədilə qatar stansiyasında işləyərkən səhv qatara minib. Bu hadisə onun həyatını tamamilə dəyişib. Saroo kəndindən 1600 kilometr aralıda olan Kəlküttəyə gedib, orada itkin düşərək uşaq evinə yerləşdirilib.
Manset.az xarici mediya istinadən xəbər verir ki, uşaq evində böyüyən Saroo daha sonra Avstraliyada bir ailə tərəfindən övladlığa götürülüb. Lakin illər keçdikcə bioloji ailəsini tapmaq arzusu onu tərk etməyib. Yetkinlik yaşlarında Google Earth-dən istifadə edərək itkin ailəsini axtarmağa başlayan Saroo, uzun müddətli araşdırmalardan sonra Hindistanda qatar stansiyası və kənd adları ilə bağlı ipucları tapıb.
Avstraliyadan Hindistana gedən Saroo səyahət etdiyi şəhərdən şəhərə ailəsini axtarıb və nəhayət, 25 il sonra öz doğma evini tapıb. Onun əsl adı Sheru Münşi idi və ailəsi ilə görüşü duyğusal anlara səbəb olub. Anası Fatimə Münşi uzun illər ərzində oğlunun geri qayıdacağına inanıb.
Hazırda Saroo Brierley Avstraliyada yaşayır, lakin vaxtaşırı Hindistandakı doğma ailəsinə baş çəkir və onlara maddi dəstək göstərir. Onun hekayəsi həm sosial mediada, həm də kino ekranlarında geniş rezonans doğurub.