İndoneziyanın Bali adasına gedən “KMP Tunu Pratama Jaya” sərnişin qayığı batıb.
Manset.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 31 nəfər itkin düşüb, 30 nəfər xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.
Qayıqda 65 nəfər olub – 53 sərnişin və 12 ekipaj üzvü. İndoneziya Axtarış və Xilasetmə Agentliyi əməliyyata rezin qayıqlar və xilasetmə gəmisi cəlb edib.
İndoneziyada dəniz qəzaları hava şəraiti və təhlükəsizlik problemləri səbəbindən tez-tez baş verir.