Pakistanda 5 mərtəbəli bina çökdü - Ölənlər var

14:48 - 04 İyul 2025

Pakistanda 5 mərtəbəli bina çökdü - Ölənlər var

Pakistanın Karaçi şəhərində baş verən bina uçqunu faciə ilə nəticələnib.


Manset.az xəbər verir ki, Karaçi liman şəhərində yerləşən beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Hadisə yerinə dərhal axtarış-xilasetmə qrupları cəlb olunub.

Səlahiyyətli orqanların məlumatına görə, dağıntılar altında qalan insanların xilas olunması istiqamətində işlər davam etdirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az