Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubu baş məşqçi postunda dəyişiklik edib.
Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Komandanın sükanı arxasına ispaniyalı mütəxəssis İmanol Alquasil gətirilib.
Təcrübəli çalışdırıcı son olaraq La Liqa təmsilçisi "Real Sosyedad"da fəaliyyət göstərib. O, 2018-ci ilin dekabrından 2024/25 mövsümünün sonuna qədər bu komandaya rəhbərlik edib. Alquasil rəhbərliyi altında "Sosyedad" bir neçə dəfə Avrokuboklara vəsiqə qazanıb, 2020-ci ildə isə İspaniya Kubokunun qalibi olub.
Qeyd edək ki, "Əl-Şabab" son mövsümü türkiyəli mütəxəssis Fatih Terimin rəhbərliyi altında başa vurmuşdu. 71 yaşlı çalışdırıcı yanvarda 6 aylıq müqavilə ilə klubun başına keçmişdi. Onun dönəmində "Əl-Şabab" Səudiyyə Pro Liqasını 6-cı pillədə başa vurub.