Bu gün Türkiyədən Suriyaya ilk uçuş baş tutub.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X”də yazıb.
“Ankaradan Dəməşqə yeni körpü... Bu gün Ankara Esenboğa Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına ilk uçuş həyata keçirilib. Ankaradan Dəməşqə uzanan yeni ürək körpümüz köklü dostluğumuzun bir nişanəsi olaraq həyata keçdi”, - o qeyd edib.
Nazirin sözlərinə görə, Ankara-Dəməşq xəttində həftənin üç günü, bazar ertəsi, cümə və bazar günləri birbaşa uçuşlar olacaq.