İstanbulda 3.8 maqnitudalı zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mərmərə dənizində, İstanbulun Silivri rayonu akvatoriyasında yerləşib.
Təbii fəlakətin ocağı 8 km dərinlikdə olub.
Məlumata görə, zəlzələ İstanbul sakinləri tərəfindən hiss edilib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) July 5, 2025
Büyüklük:3.8 (Mw)
Yer:Marmara Denizi - [24.69 km] Silivri (İstanbul)
Tarih:2025-07-05
Saat:14:24:21 TSİ
Enlem:40.84444 N
Boylam:28.27639 E
Derinlik:8.85 km
Detay:https://t.co/F26C4qY1Qw@afadbaskanlik @trthaber @anadoluajansi