Şəhid olan türk hərbçilərinin sayı 8-ə çatdı

09:33 - 07 İyul 2025

Şəhid olan türk hərbçilərinin sayı 8-ə çatdı

Türkiyənin Milli Müdafiə Nazirliyi Pençə-Kilid əməliyyatı bölgəsində aparılan axtarış və yoxlama tədbirləri zamanı baş verən faciə ilə bağlı açıqlama yayıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, 6 iyul 2025-ci il tarixində 852-ci təpə adlanan ərazidə separatçı terrorçuların istifadə etdiyi mağarada aparılan əməliyyat zamanı 19 hərbçi metan qazına məruz qalıb.

Müxtəlif dərəcəli qaz zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilən əsgərlərdən 8-i həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib və şəhid olub.

Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir:

“6 iyul 2025-ci il tarixində Pençə-Kilid əməliyyatı bölgəsində 852-ci təpədə separatçı terror təşkilatının istifadə etdiyi mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı metan qazından zərər çəkmiş daha 3 qəhrəman silahdaşımız şəhid olub. Bununla da şəhid olan şəxsi heyətin sayı 8-ə yüksəlib.

Bizi dərin kədərə boğan bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbir diləyir, yaralanan əsgərlərimizə tezliklə şəfa arzulayırıq.”

Qeyd edək ki, əməliyyat zamanı şəhid olan əsgərlərdən biri – Piyadə leytenant Nuri Melih Bozkurtun cəsədinin tapılması istiqamətində aparılan axtarışlar zamanı hadisə baş verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az