Nigeriyanın Kano əyalətində baş vermiş ağır yol qəzasında 21 nəfərin həyatını itirdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kano-Zaria şosesində sürətlə hərəkət edən sərnişin avtobusunun yolda hərəkət edən yük maşınına çırpılması qəzanın başverməsinə səbəb olub.
Hadisə nəticəsində çoxsaylı sərnişin yaralanıb, xəsarət alanların dəqiq sayı hələ məlum deyil. Yol təhlükəsizliyi qurumu qəzanın səbəbləri üzrə araşdırma aparır.