Əyləncə məkanına silahlı hücum – 2 nəfər yaralandı

16:19 - 07 İyul 2025

Əyləncə məkanına silahlı hücum – 2 nəfər yaralandı

Türkiyənin Samsun şəhərinin Atakum rayonunda yerləşən əyləncə məkanına silahlı basqın edilib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər – obyektin əməkdaşları diz nahiyəsindən yaralanıb.

İnsident Atakum rayonunun Dənizevləri məhəlləsində yerləşən, spirtli içki verilən əyləncə məkanında baş verib. Dünən axşam saatlarında işçilər tapança ilə silahlı hücuma məruz qalıb. Hər iki şəxs sağ dizindən yaralanıb.

Əraziyə dərhal polis və təcili tibbi yardım qrupları cəlb edilib. Yaralılar ilk tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az