Hindistanın baş naziri Narendra Modi Braziliyanın ev sahibliyi etdiyi 17-ci BRİKS Liderlər Sammitində çıxış edərək Qəzzadakı humanitar böhranla bağlı narahatlığını ifadə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Modi vurğulayıb ki, dünyada Qərbi Asiyadan Avropaya qədər çoxsaylı münaqişələr mövcuddur və bu şəraitdə sülh bəşəriyyətin rifahı üçün yeganə yoldur.
“Qəzzada humanitar vəziyyət böyük narahatlıq doğurur. Hindistan hesab edir ki, şərtlər nə qədər çətin olsa da, sülh bəşəriyyətin rifahı üçün yeganə yoldur”.
Baş nazir həmçinin terrorizmin qlobal mühitdə ən ciddi problemlərdən biri olduğunu vurğulayıb, aprelin 22-də Pahalqamda baş verən terror aktını xatırladaraq, “Terrorizmi qınamaq sadəcə rahatlıq deyil, prinsip olmalıdır” deyib.