Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Araşdırma Mərkəzi (USGS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin Riverton bölgəsinin 208 km cənub-qərbində qeydə alınıb.
Zəlzələnin episentri yerin 10 km dərinliyində yerləşib. İlkin məlumata görə, zəlzələ nəticəsində insan itkisi və dağıntı olmayıb.