Rusiyanın Yekaterinburq şəhərində dördmərtəbəli anbar binasında güclü yanğın baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə bölməsi məlumat yayıb.
Yanğının sahəsi 3 500 kvadratmetrə çatıb və güclü alov nəticəsində dam örtüyü uçub.
Bildirilir ki, yanğının söndürülməsinə 70-dən çox mütəxəssis və 30 texnika cəlb olunub.
Yanğının səbəbləri hələ müəyyən edilməyib, zərərçəkənlər barədə rəsmi məlumat yoxdur.