Çin və Nepal sərhədində güclü yağışlar Bhote Koshi çayını daşırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Dostluq" körpüsü uçub. Daşqın nəticəsində 1 nəfər ölüb, 28 nəfər itkin düşüb.
Sərhəddə evlər və avtomobillər sel sularına qərq olub. Axtarış-xilasetmə işləri davam edir.
Ekspertlər iqlim dəyişikliyinin musson mövsümündə fəlakətləri artırdığını bildirir.