Rusiya Prezidenti Vladimir Putin Andrey Nikitinin nəqliyyat naziri edilməsi haqqında sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin", - sənəddə qeyd olunub.
İyulun 7-də Putin Nikitinlə görüşüb və onu karyerasında daha bir addım atmağı və nazir səlahiyyətlərini icra etməyi təklif edib. Daha sonra namizədlik Dövlət Duması tərəfindən nəzərdən keçirilib və təsdiq edilib.