"İsrail əməliyyatları dayandırmayacaq" - Netanyahu

09:17 - 09 İyul 2025

 \"İsrail əməliyyatları dayandırmayacaq\" - Netanyahu

Əsir mübadiləsi və atəşkəs danışıqlarına baxmayaraq, İsrail əməliyyatları dayandırmayacaq.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu “X” platformasında verdiyi açıqlamada, qarşıdurmalarda 5 İsrail əsgərinin həlak olduğunu, bunun ölkə üçün ağır gün olduğunu qeyd edib.

“Bütün əsirlər azad olunacaq, HƏMAS sıradan çıxarılacaq, Qəzza artıq təhlükə yaratmayacaq,” – deyə Netanyahu vurğulayıb.

ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff isə bildirib ki, danışıqlarda əvvəl 4 fikir ayrılığı var idi, indi yalnız biri qalıb. O, bu həftə sonuna qədər 60 günlük atəşkəsə nail olunacağına ümid edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az