Ev heyvanı saxlayanların NƏZƏRİNƏ

10:20 - 09 İyul 2025

Ev heyvanı saxlayanların NƏZƏRİNƏ

Cenevrə Universitetinin alimləri ev heyvanlarının insan sağlamlığına təsiri ilə bağlı maraqlı nəticələr əldə ediblər.


Manset.az xəbər verir ki, bu barədə "Scientific Reports" jurnalının məlumat yayıb.

Məlumata görə, 18 il davam edən araşdırma göstərib ki, it və ya pişik saxlayan insanlar yaşlandıqca daha az zehni geriləmə ilə üzləşirlər.

Tədqiqatda əsasən 50 yaşdan yuxarı avropalılar iştirak edib. Mütəxəssislər müəyyən ediblər ki, it saxlayanların yaddaşı daha güclü, pişik saxlayanların isə nitq və ifadə qabiliyyəti daha inkişaf etmiş olur.

Qeyd olunub ki, quş və balıq saxlayanlarla heyvan saxlamayanlar arasında bu qədər nəzərəçarpacaq fərq müşahidə edilməyib.

Mütəxəssislər bildirirlər ki, ev heyvanı ilə emosional bağlılıq yaşlanma prosesinə müsbət təsir göstərir və ümumilikdə ömür uzunluğuna da müsbət təsir edə bilər.

Xatırladaq ki, bu nəticələr genişmiqyaslı müşahidələr və statistik təhlillər əsasında əldə olunub və elmi dairələrdə maraqla qarşılanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az