İsrail ordusu son 24 saat ərzində Qəzza zolağına 100-dən çox hava hücumu təşkil edib.
Manset.az xəbər verir ki, hücumlar zamanı bir sıra binalar, tunellər və silah anbarları dağıdılıb.
Ordunun açıqlamasına görə, Qəzzanın şimalında HƏMAS-a məxsus olduğu iddia edilən obyektlər hədəf alınıb. Eyni zamanda, 7-ci briqada tərəfindən partlayıcı və mina aşkarlanaraq məhv edilib.
Döyüşlər zamanı İsrail ordusu 5 əsgərini itirib. Hücumların mülki çadırlara da yönəldiyi bildirilir.
Atəşkəs danışıqları fonunda hücumların davam etməsi bölgədə gərginliyi daha da artırıb.