Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə PUA ilə hücumu faciə ilə nəticələnib.
Manset.az xəbər verir ki, Qorodskoy çimərliyinə endirilən zərbə nəticəsində biri hərbçi olmaqla 3 nəfər ölüb, biri uşaq olmaqla 7 nəfər yaralanıb.
Vilayət rəhbərliyi bildirir ki, əsgər çimərlikdəki insanları təxliyə etməyə çalışarkən həlak olub. Yaralıların 5-nin vəziyyəti ağırdır.
Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, gecə ərzində ümumilikdə 86 Ukrayna dronu məhv edilib, onlardan 23-ü Kursk vilayətinə yönəlmişdi.