Hindistanda körpü uçdu – 9 ölü, 6 yaralı

13:48 - 09 İyul 2025

Hindistanda körpü uçdu – 9 ölü, 6 yaralı

Hindistanın Qucarat ştatında körpünün çökməsi nəticəsində 9 nəfər ölüb, 6 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Vadodara və Anand rayonlarını birləşdirən 900 metrlik körpüdə baş verib. Körpünün iki sütunu arasındakı hissə dağılıb, nəticədə iki yük maşını və iki pikap çaya düşüb.

Rəsmilər bildiriblər ki, hadisə yerinə dərhal xilasetmə qrupları cəlb olunub. Qucaratın daxili işlər naziri Harş Sanqavi və Baş Nazir Bhupendra Patel hadisəni nəzarətdə saxlayır.

1985-ci ildə tikilən körpünün qəzasına səbəb araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az