ABŞ prezidenti Donald Tramp bir neçə ölkəyə qarşı yeni ticarət tarifləri tətbiq olunacağını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, sabah səhər saatlarında tariflərlə bağlı açıqlamaların veriləcəyini deyib.
Tramp konkret ölkə adlarını çəkməsə də, ekspertlər tariflərin Tunis, Malayziya, Qazaxıstan, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Kamboca, Tayland, Laos və Myanma kimi ölkələri əhatə edə biləcəyini bildirirlər.
Qərarın ABŞ-nin BRİKS və Aİ ilə artan ticarət gərginliyi fonunda verildiyi qeyd olunur. Rəsmi siyahının yaxın saatlarda açıqlanacağı gözlənilir.