ABŞ Prezidenti Donald Trampın administrasiyası NASA-da 2145 yüksək vəzifəli əməkdaşın işini tərk etməyə hazırlaşdığını açıqlayıb.
Manset.az xəbər verir ki, bu barədə "Politico" jurnalı məlumat yayıb.
Məlumata görə, bu əməkdaşlar erkən pensiya, işdən çıxma haqqı və təxirə salınmış istefa planları çərçivəsində ayrılacaq.
İxtisarlar əsasən NASA-nın elmi araşdırmalar sahəsində çalışan əməkdaşları əhatə edir və bu, Himnivə Ay tədqiqatlarına mənfi təsir göstərə bilər. Tramp administrasiyası, həmçinin, Jared Isaacmanın NASA direktorluğuna namizədliyini geri götürüb və Şon Daffini müvəqqəti direktor təyin edib.
Kütləvi ixtisarlar, digər federal qurumlarda olduğu kimi, ölkə üzrə iş yerlərinin azalmasına səbəb olub.