Yağışları daşqınlara səbəb oldu - 11 nəfər öldü

16:39 - 10 İyul 2025

Yağışları daşqınlara səbəb oldu - 11 nəfər öldü

Pakistanın Pəncab və Bəlucistan əyalətlərində baş verən güclü musson yağışları nəticəsində daşqınlar yaranıb. İlk məlumata görə, bu fəlakət nəticəsində 11 nəfər həyatını itirib.


Manset.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Yağışlar Pəncabın Lahor şəhəri və Bəlucistanın bəzi bölgələrində daşqınlara səbəb olub. Lahorda kanalizasiya sisteminin qeyri-kafi olması və yağışların təsiri ilə yolların bağlanması nəticəsində minlərlə insan çətin vəziyyətə düşüb.

Eyni zamanda, şəhərdə elektrik kəsintiləri də yaşanıb.

Səlahiyyətlilər hadisə ilə bağlı məlumat verərək bildiriblər ki, leysan yağışları evlərə və yollara ciddi ziyan vurub. İlkin məlumatlara görə, Lahor və Bəlucistanın bəzi bölgələrində baş verən daşqınlarda 11 nəfər ölüb, çox sayda insan isə yaralanıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az