Los-Ancelesdə tunel çökdü - 31 işçi xilas edildi

16:45 - 10 İyul 2025

Los-Ancelesdə tunel çökdü - 31 işçi xilas edildi

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində tikilməkdə olan böyük tunelin bir hissəsi çöküb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 31 işçi dağıntılar altında qalaraq, təxminən bir saat ərzində qapalı vəziyyətdə qalıb.

Los-Anceles şəhərindən verilən məlumata görə, tunel tikintisi zamanı baş verən çöküntü səbəbindən işçilər tunelin girişindən təxminən 6 mil (9,6 km) uzaqlıqda qalmışdı.

Los-Anceles meri Karen Bass, sosial media hesabında yayımladığı açıqlamada, dağıntılar altında qalan bütün işçilərin təxminən bir saat sonra xilas edildiyini bildirib. Hadisə nəticəsində xəsarət alanlar barədə isə hələ ki, məlumat verilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az