İsrail döyüş təyyarələrinin bu gün Suriyanın cənubundakı Suveyda şəhər mərkəzinə endirdiyi hava hücumu nəticəsində 2 nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
Məlumata görə, İsrail təyyarələri Suveyda əyalətinin şəhər mərkəzini hədəf alıb. Hücum zamanı iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və vəziyyətlərinin ağır olduğu bildirilir.
Xəbərdə həmçinin, hücum nəticəsində Suriya ordusuna aid bir tankın da vurulduğu qeyd olunur. Hücumun məqsədi və ya əlavə təfərrüatlar barədə hələlik rəsmi açıqlama verilmir.
Qeyd edək ki, İsrailin Suriyaya qarşı həyata keçirdiyi hava hücumları son dövrlərdə artmış və müxtəlif regionlarda qarşıdurmalara səbəb olmuşdur.